BAKI, 7 may. TELEQRAF

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, İngiltərənin “Aston Villa” və “Nottingem Forest” komandaları üz-üzə gələcək.

“Villa Park”da baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tərəflər arasında keçirilən ilk oyunda “Nottingem Forest” 1:0 hesablı qələbə qazanıb.

Digər həlledico görüşdə isə Almaniyanın “Frayburq” klubu “Europa-Park” stadionunda Portuqaliya təmsilçisi “Braqa”nı qəbul edəcək. Komandalar arasında ilk matç “Braqa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, final görüşü mayın 20-də Türkiyənin İstanbul şəhərində yerləşən “Beşiktaş Park” stadionunda keçiriləcək.