BAKI, 4 may. TELEQRAF

İngiltərə Premyer Liqasının son çempionu "Mançester Siti" yarımmüdafiəçi Fil Foden ilə müqavilə müddətini uzatmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, futbolçunun hazırkı müqaviləsi 2027-ci ildə başa çatsa da, klub rəhbərliyi yetirməsi ilə əməkdaşlığı uzunmüddətli davam etdirmək niyyətindədir.

Məlumata görə, tərəflər arasında yeni müqavilə ilə bağlı ilkin danışıqlara başlanılıb.

Qeyd edək ki, Foden cari mövsümdə baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında 45 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.