BAKI, 27 aprel. TELEQRAF

İtaliya A Seriyasının XXXIV turu çərçivəsində "Milan" və "Yuventus" komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Bu nəticə ilə “Milan” ardıcıl altıncı İtaliya çempionatı matçında “Yuventus”un qapısına yol tapa bilməyib.

Qeyd edək ki, "qırmızı-qaralar" 67 xalla turnir cədvəlində 3-cü, "qoca sinyora" isə 64 xalla 4-cü pillədə qərarlaşıb.