BAKI, 22 aprel. TELEQRAF

"Fiorentina"nın qapıçısı David De Xea İtaliya A Seriyasında klubunu dəyişəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

"Yuventus" ispaniyalı qolkiperi tranfer etmək istəyir. "Qoca sinyora" De Xeanı yayda heyətinə qatmağa çalışacaq. Klubu 35 yaşlı futbolçu üçün 10 milyon avro tələb edir.

Qeyd edək ki, De Xea 2024-cü ilin yayından "Fiorentina"da çıxış edir.