BAKI, 17 aprel. TELEQRAF
Massimiliano Alleqri "Milan"ın baş məşqçisi vəzifəsindən ayrıla bilər.
Teleqraf "Gazzetta dello Sport"a istinadla xəbər verir ki, italiyalı mütəxəssis rəhbərlikdən yeni transferlər edilməsini tələb edir. Əgər klub onun istəklərini yerinə yetirməsə, Alleqri “Milan”dan ayrılacaq.
Alleqri 2025-ci ilin may ayında ikinci dəfə “Milan”ın baş məşqçisi vəzifəsinə təyin edilib. O, 2010-2014-cü illərdə də "rossoneri"lərə rəhbərlik edib.
"Milan" hazırda 32 oyundan 63 xalla İtaliya çempionatında üçüncü yerdədir.