BAKI, 16 aprel. TELEQRAF

İtaliya nəhənglərindən "Yuventus" kapitanı Manuel Lokatelli ilə müqavilə yeniləyib.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, İtaliya A Seriyası təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər yeni müqavilə imzalayıb.

Bu mövsüm "Yuventus"da 41 oyunda meydana çıxan Lokatelli 3 qol vurub və 2 məhsuldar ötürmə edib.