BAKI, 17 mart. TELEQRAF
İtaliyanın “Roma” klubunun futbolçusu Neil El-Aynauinin evi altı silahlı şəxs tərəfindən qarət edilib.
Teleqraf Messaggero nəşrinə istinadən xəbər verir ki, üzlərini gizlədən, qara geyimli və silahlı altı nəfər pəncərənin barmaqlıqlarını sındıraraq futbolçunun evinə daxil olub.
Cinayətkarlar futbolçunu, onun anasını, sevgilisini, eləcə də qardaşını və onun rəfiqəsini bir otağa kilidləyiblər.
Quldurlar təxminən 10 min avro dəyərində zinət əşyaları, “Rolex” saatı və bir neçə çanta oğurlayıblar.
Mənbənin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda polis araşdırma aparır.