BAKI, 13 mart. TELEQRAF
İtaliyanın "Bolonya" klubu yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, Emiliya-Romanya təmsilçisi ardıcıl 10-cu avrokubok oyununu məğlubiyyətsiz başa vurub.
Bu göstərici UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında "Roma" ilə evdə heç-heçə (1:1) etdikdən sonra qeydə alınıb.
Buna qədər klubun ən yaxşı nəticəsi 1964-1967-ci illər aralığında qeydə alınmış 9 oyunluq seriya idi. Cari mövsümdə "Aston Villa" ilə matçdakı məğlubiyyətdən (0:1) sonra İtaliya təmsilçisi çıxdığı 10 görüşün 6-da qələbə qazanıb, 4-də isə bərabərliyə razı olub.
Qeyd edək ki, "Bolonya" və "Roma" arasında cavab oyunu martın 19-da baş tutacaq.