BAKI, 11 mart. TELEQRAF

Fransanın "Nant" klubunda baş məşqçi dəyişikliyi olub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Əhməd Kantarini Vahid Halilhodziçlə əvəzləyib.

Bosniyalı mütəxəssislə müddəti mövsümün sonuna qədər olan müqavilə razılaşdırılıb.

Halilhodziç 1981-1986-ci illərdə futbolçu kimi, 2018-2019-cu illərdə isə baş məşqçi kimi "Nant"da olub.

Qeyd edək ki, "Nant" 25 turdan sonra 17 xalla Fransa çempionatının turnir cədvəlində 17-ci pilləsində qərarlaşıb.