BAKI, 11 mart. TELEQRAF
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "şirlər" portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi heyətinə qatıb.
25 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo Fransisko Fernandes son olaraq vətənində "Portu"nun əvəzedici komandasında çıxış edib. O, Portuqaliyanın U-16, U-17, U18 və U-19 yığmalarının şərəfini qoruyub. Fernandes ölkəsinin digər təmsilçisi "Sportinq"in yetirməsidir. Orta xətt futbolçusu bu klubla iki rəsmi matça çıxıb.