BAKI, 24 fevral. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

Teleqraf xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxti ilə saat 00:00-da səslənəcək.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

“Sağsağanlar" Bakıda baş tutan ilk matçda 6:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

24 fevral

00:00. “Nyukasl” - “Qarabağ”

Baş hakim: Davide Massa

Baş hakimin köməkçiləri: Filippo Meli, Stefano Alassio

Dördüncü hakim: Luca Pairetto (hamısı İtaliya)

VAR: Daniele Kiffi (İtaliya)

AVAR: Kristian Dingert (Almaniya)

Nyukasl, “Sent-Ceyms Park”.