BAKI, 23 fevral. TELEQRAF

İtaliyanın "Torino" klubu baş məşqçisi Marko Baroni ilə yollarını ayırmağa hazırlaşır.

Teleqraf “Football Italia”ya istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidir.

A Seriyasının XXVI turunda "Cenoa"ya qarşı alınan ağır məğlubiyyət (0:3) rəhbərliyin səbrini daşırıb.

Mənbənin məlumatına görə, komandanın “sükanı arxası”na Roberto D’Aversa gətiriləcək.

Qeyd edək ki, “Torino" 26 oyundan sonra 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.