BAKI, 31 yanvar. TELEQRAF
İtaliyanın “Milan” klubu İngiltərə təmsilçisi “Kristal Pelas”ın futbolçusu Jan-Filipp Matetanı heyətinə qatmağa hazırlaşır.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə artıq razılıq əldə olunub.
Klublar transfer məbləğini həll etdikdən sonra keçid rəsmiləşəcək.
Qeyd edək ki, Mateta 2025/26 mövsümündə “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.