BAKI, 24 yanvar. TELEQRAF
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.
Teleqraf xəbər verir 23 yaşlı futbolçu Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın “Zenit” komandasında çıxış edib.