BAKI, 20 yanvar. TELEQRAF

“Fulhem” İngiltərənin digər təmsilçisi “Mançester Siti”nin futbolçusu Oskar Bobbun keçidi ilə bağlı danışıqlara başlayıb.

Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, London komandası 22 yaşlı norveçli hücumçu üçün 35 milyon funt-sterlinq təklif edib.

Bobba Almaniyanın “Borussiya Dortmund” klubunun da iddialı olduğu bildirilir.

Qeyd edək ki, Oskar Bobb cari mövsümdə meydana çıxdığı 15 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun “şəhərlilər”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.