BAKI, 18 yanvar. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “Yuventus” komandasının futbolçusu Pyer Kalulunu heyətinə qatmaqda maraqlıdır.

Teleqraf “Calciomercato”ya istinadən xəbər verir ki, Mançester təmsilçisi 25 yaşlı müdafiəçinin transferi üçün 30 milyon avro ödəməyə hazırdır.

Mənbənin məlumatına görə, fransalı oyunçu uğrunda mübarizəyə Premyer Liqanın digər klubları - “Aston Villa” və “Tottenhem” də qoşulub. "Yuventus" isə Kalulunu heyətində saxlamaq istəyindədir.

Qeyd edək ki, Pyer Kalulu cari mövsüm ərzində 28 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.