BAKI, 18 yanvar. TELEQRAF

İtaliyanın “Milan” klubunun futbolçusu Niklas Füllkruqun 500 min avro dəyərində olan saatları oğurlanıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı “Football Italia” portalı yayıb.

Mənbənin bildirdiyinə görə, 32 yaşlı hücumçu məşqə yollanarkən qarətə məruz qalıb. Otel otağına qayıdan Füllkruq seyfinin açıldığını aşkar edib.

Cinayətkarlar ümumi dəyəri yarım milyon avro olan dörd ədəd saatı ələ keçiriblər. Qeyd edək ki, Niklas Füllkruq “Milan”a İngiltərənin “Vest Hem” klubundan satınalma şərti ilə icarə əsasında keçib.