BAKI, 16 yanvar. TELEQRAF
"Sabah"ın sabiq baş məşqçisi Krunoslav Renduliçin yeni komandası müəyyənləşib.
Teleqraf xəbər verir ki, 52 yaşlı mütəxəssis BƏƏ-nin "Emireyts" klubunu çalışdıracaq.
Bu barədə Ras Əl-Xayma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı məşqçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Krunoslav Renduliç 2024-cü ilin martından dekabrına qədər "Sabah"ın baş məşqçisi olub.