BAKI, 14 yanvar. TELEQRAF

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın yoxlama oyunlarının vaxtı açıqlanıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 16-da "Osiyek" (Xorbvatiya) və “Zaqlebie Lubin”lə (Polşa) klubları ilə qarşılaşacaq.

"Köhlən atlar"ın ilk oyunu Bakı vaxtı ilə saat 12:00-da, ikinci görüşü isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub edib.