BAKI, 14 yanvar. TELEQRAF

Qabon Futbol Assosiasiyası Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra fəaliyyəti müvəqqəti dayandırılan milli komandada bəzi məhdudiyyətləri aradan qaldırıb.

Teleqraf xəbər verir ki, futbolçular Pyer-Emerik Obameyanq və Brüno Manqa barəsində olan sanksiyalar ləğv edilib.

Federasiyanın açıqlamasına görə, bazar ertəsi günü milli komandanın fəaliyyətinin dayandırılması ilə bağlı hökumət tədbirləri və iki futbolçunun heyətdən kənarlaşdırılması ləğv edilib. Lakin bütün məşqçilər heyətinin işdən azad edilməsi qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Qabon millisinin qrup mərhələsində turnirdə mübarizəni erkən dayandırmasından sonra sərt qərarlar qəbul olunmuşdu. “Yenidənqurma” çərçivəsində bütün məşqçilər heyəti buraxılmış, Obameyanq və Manqanı milliyə çağırmaq qadağan edilmişdi.