BAKI, 14 yanvar. TELEQRAF

İtaliyanın "Milan" klubunun yeni transferi Niklas Fülkruq sıradan çıxıb.

Teleqraf "Sky Sport Italia"ya istinadən xəbər verir ki, almaniyalı hücumçu barmağını sındırıb.

O, komandanın məşqlərindən müvəqqəti kənarlaşdırılıb. 32 yaşlı futbolçunun yanvarın 15-də "Komo" ilə keçiriləcək A Seriyasının 16-cı tur oyununu buraxacağı dəqiqdir.

Qeyd edək ki, Niklas Fülkruq yanvarın 2-də İngiltərənin "Vest Hem" kollektivindən icarə əsasında "Milan"a keçib. O, yeni klubunda 3 oyunda iştirak edib.