BAKI, 14 yanvar. TELEQRAF

İngiltərənin “Mançester Yunayted" klubunun rəhbərliyi komandanın sabiq futbolçusu Maykl Kerriki baş məşqçi vəzifəsinə təyin edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə imzalanan müqavilə cari mövsümün sonuna qədər qüvvədə olacaq. O, bu vəzifədə istefaya göndərilmiş Ruben Amorimin gedişindən sonra komandanı müvəqqəti idarə edən Darren Fletçeri əvəzləyib.

Xatırladaq ki, Maykl Kerrik 2006-2018-ci illərdə "Mançester Yunayted"in heyətində çıxış edib. O, daha əvvəl klubda Joze Mourinyo və Ole Qunnar Sulşerin köməkçisi kimi fəaliyyət göstərib.

Kerrikin son iş yeri 2022-2025-ci illərdə rəhbərlik etdiyi "Midlsbro" klubu olub.