BAKI, 13 yanvar. TELEQRAF
“Fənərbağça” qış transfer dönəmində Fransa millisinin və Səudiyyə Ərəbistanın “Əl-İttihad” klubunun futbolçusu Nqolo Kanteni heyətinə qatmağa hazırlaşır.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” 34 yaşlı fransalı futbolçu ilə rəsmi danışıqlara başlayıb.
Klub rəhbərləri Ertan Torunoğulları və idman direktoru Devin Özek ulduz futbolçunun nümayəndəsi ilə üzbəüz görüş keçirmək üçün Ərəb yarımadasına yollanıb və əlaqələr rəsmi şəkildə başlayıb.
Transfermarkt məlumatına görə, hazırda Nqolo Kantenin bazar dəyəri 4,5 milyon avrodur.
Qeyd edək ki, Kanté 2023-cü ilin yayında “Çelsi”dən “Əl-İttihad”a keçib və bu müddət ərzində 100 oyunda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.