BAKI, 13 yanvar. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu daha bir ciddi itki ilə üzləşib.
Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Rio Nqumoha sıradan çıxıb.
O, FA Kubokunun 1/32 final mərhələsində "Barnsli"ni 4:1 hesabı ilə məğlub etdikləri oyunda zədələnib.
17 yaşlı oyunçu qarşılaşmanın 73-cü dəqiqəsində baldır nahiyəsində hiss etdiyi narahatlığa görə əvəzlənib.
Qeyd edək ki, "Liverpul"la "Qarabağ" yanvarın 28-də üz-üzə gələcək.