BAKI, 12 yanvar. TELEQRAF
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" yoxlama oyunu keçirib.
Teleqraf xəbər verir ki, Rəşad Sadıqovun kollektivi Rumıniyanın "Çiksereda" komandası ilə qarşılaşıb - 3:3.
“Qartallar”ın qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 - hər ikisi penalti) vurublar.
Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə qarşılaşacaq