BAKI, 10 yanvar. TELEQRAF
Portuqaliya təmsilçisi “Benfika” “Rio Ave”nin braziliyalı futbolçu Andre Luizi heyətinə qata bilər.
Teleqraf “A Bola” nəşrinə istinadən xəbər verir ki, Lissabon klubu 23 yaşlı forvardın transferi ilə bağlı danışıqları tezliklə tamamlayacaq.
Eyni zamanda, “Benfika” alternativ variant olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən 20 yaşlı Uesli və Fransanın “Sent-Etyen” klubunun 24 yaşlı vingeri Zuriko Davitaşvilini də siyahıda saxlayır.
Lissabon təmsilçisi “Rio Ave”nin Andre Luiz üçün tələb etdiyi 15 milyon avro məbləğində rəsmi təklif verib-verməmək barədə hələ yekun qərar qəbul etməyib.
Qeyd edək ki, Andre Luiz 2024-cü ilin yayından “Rio Ave”nin formasını geyinir.