BAKI, 8 yanvar. TELEQRAF
İtaliyanın "Milan" klubu İngiltərənin "Liverpul" komandasının futbolçusu Co Qomeslə maraqlanır.
Teleqraf "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonerilər"in idman direktoru İqli Tare digər namizədlər - Türkiyə "Fənərbağça"sından Milan Şkrinyar və İtaliya "Yuventus"undan Federiko Qatti ilə bağlı danışıqlarda çətinlik yarandığı üçün Qomes variantına qayıdıb.
Milan təmsilçisi müdafiəçinin transferi ilə bağlı "Liverpul"la əlaqələri bərpa edib.
Məlumata görə, Mersisayd təmsilçisi 28 yaşlı oyunçunu satmaq niyyətində deyil. Lakin "Milan" rəhbərliyi Qomesin bu keçid üçün israr edəcəyinə və klubuna təzyiq göstərəcəyinə inanır.
Qeyd edək ki, Co Qomes 2015-ci ildən "Liverpul"un şərəfini qoruyur. O, cari mövsümdə meydana çıxdığı 13 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.