BAKI, 4 yanvar. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubu heyətini İtaliya A Seriyasından iki futbolçu ilə gücləndirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
İstanbul klubu “Latsio”nun yarımmüdafiəçisi Matteo Qenduzi və “Milan”ın hücumçusu Kristofe Nkunku ilə maraqlanır. Klubun idman direktoru Devin Özək fransızların transferi üzərində işləyir.
Qeyd edək ki, Matteo Qenduzi 2023-cü ilin avqustundan bəri “Latsio”da çıxış edir. Transfermarkt saytının qiymətləndirməsinə görə, onun transfer dəyəri 28 milyon avrodur. Kristofe Nkunku isə mövcud mövsümün əvvəlində “Çelsi”dən “Milan”a keçib. Onun transferi üçün 37 milyon avro ödənilib.