BAKI, 25 dekabr. TELEQRAF
"Karvan-Yevlax" futbolçusu Səid İranxanla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İranlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Səid İranxan cari mövsümün əvvəlindən "Karvan-Yevlax"ın şərəfini qoruyurdu. O, Yevlax təmsilçisinin heyətində meydana çıxdığı 10 oyunda 1 qol müəllifi olub.