BAKI, 17 sentyabr. TELEQRAF
“Fransa və Rusiya müharibə vəziyyətində deyil, amma iki ölkə arasında sülh də yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.
“Aramızda sülh yoxdur, amma Rusiya ilə müharibə vəziyyətində də deyilik”, - nazir bildirib.
Barro əlavə edib ki, Fransa Rusiyanın dezinformasiya kampaniyaları və kiberhücumlarının hədəfindədir.
Fransa xarici işlər naziri həmçinin Fransanın Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə davam edəcəklərini də vurğulayıb.