BAKI, 17 sentyabr. TELEQRAF

Ermənistan hərbi məqsədlər üçün Almaniyadan 16 ədəd “Polaris ProStar S4 Titan” markalı qar motosikleti alıb.

Teleqraf xəbər verir ki, yardımın qəbul edilməsi ilə bağlı qərar Ermənistan hökumətinin sentyabrın 17-də keçirilən iclasında təsdiqlənib.

Yardımın ümumi dəyəri 325 milyon 408 min dram (təxminən 895 min dollar) qiymətləndirilir.