BAKI, 14 dekabr. TELEQRAF
19 yaş 350 günündə olan Davide Bartesagi A Seriyasında “Milan”ın heyətində qol vuran ən gənc italiyalı müdafiəçi olub.
Teleqraf xəbər verir ki, o, bu uğura XV turda “Sassuolo” ilə matçın 34-cü dəqiqəsində fərqlənərək nail olub.
Bu göstərici sonuncu dəfə Paolo Maldini tərəfindən 1988-ci il fevralın 28-də, 19 yaş 247 günündə qeydə alınmışdı.
Qeyd edək ki, hazırda davam edən matçda hesab 2:2-dir.