BAKI, 8 dekabr. TELEQRAF

İtaliya "Yuventus"unun futbolçusu Kənan Yıldız klubun tarixinə keçib.

Teleqraf xəbər verir ki, türkiyəli hücumçu buna ötən gün ölkə çempionatının XIV turunda səfərdə "Napoli"yə 1:2 hesabı ilə uduzduqları oyunda qol vurmaqla nail olub.

Bu, 20 yaşlı oyunçunun cari mövsüm İtaliya A Seriyasında keçirdiyi 13-cü oyununda 5-ci qolu olub. O, Turin təmsilçisinin əfsanəvi futbolçusu Alessandro Del Pyerodan sonra 21 yaşdan kiçik 5 qol vuran ən gənc futbolçu adına yiyələnib.

Del Pyero 1994/95 mövsümündə 15 oyunda 5 qol vurub.

Qeyd edək ki, Kənan Yıldız 2023/24 mövsümündən "Yuventus"da çıxış edir. O, 75 liqa oyununda 14 qol müəllifi olub.