BAKI, 8 dekabr. TELEQRAF

“Napoli” İtaliya A Seriyasında yeni uğura imza atıb.

Teleqraf xəbər verir ki, Neapol təmsilçisi buna 2025-ci ildə evdə keçirdiyi oyunlarda məğlub olmamaqla nail olub.

Antonio Kontenin rəhbərlik etdiyi komanda ölkə çempionatının cari il üçün son ev oyununda “Yuventus”u 2:1 hesabı ilə məğlub edib.

“Napoli” bununla da 1987-ci ildəki rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Napoli” 14 turdan sonra 31 xalla A Seriyasının turnir cədvəlinə liderlik edir.