BAKI, 6 dekabr. TELEQRAF

İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Siti” qış fasiləsində “Nottingem Forest”un yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qata bilər.

Teleqraf “Football Insider”ə istinadən xəbər verir ki, “meşəçilər” 23 yaşlı futbolçunun transfer qiymətini 100 milyon funt sterlinqə (115 mln avro) qədər qaldırmağı düşünür.

Transfer pəncərəsi açılana qədər klub bu barədə fikrini dəqiqləşdirəcək. Bundan əlavə, yarımmüdafiəçiyə “Mançester Yunayted” də maraq göstərir.

Qeyd edək ki, cari mövsümdə Anderson bütün turnirlərdə 18 matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Nottingem Forest” ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.