BAKI, 6 dekabr. TELEQRAF
İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Cakomo Raspadori karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Teleqraf xəbər verir ki, 25 yaşlı hücumçuya hazırda “Roma” ciddi maraq göstərir.

Bundan əlavə, “Milan” və “Yuventus” da futbolçunu transfer etmək niyyətindədir.

Transfermarkt portalı italiyalı oyunçunun hazırkı dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Raspadori bu ilin avqustunda “Napoli”dən “Atletiko Madrid”ə transfer edilib. Cari mövsümdə Cakomo Raspadori Madrid təmsilçisinin heyətində 11 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.