ŞAMAXI, 30 noyabr. TELEQRAF

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Premyer Liqasının XIII turunda keçirilən “Şamaxı” - “Sumqayıt” matçını stadiondan izləyib.

Teleqraf-ın məlumatına görə, o, Şamaxı şəhər stadionunda fəxri qonaqlar sırasında yer alıb.

Səmədov matçı “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə birgə izləyib.

Qeyd edək ki, görüş “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.