BAKI, 22 iyun. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində bu ilin yanvar-may aylarında 18 min 300 uşağa reabilitasiya xidmətləri göstərilib.
Bu barədə Teleqraf-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, onlardan əlilliyi olan 889 uşaq stasionar, 10 min 600 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyaya aid uşaqlar ƏƏSMN-in paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.