BAKI, 22 iyun. TELEQRAF

1 iyun 2026-cı il tarixə Naxçıvanda qeydiyyatda olan onlayn yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayı 3.347 ədəd olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, 2026-cı ilin yanvar – may aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 237,1 milyon manatdan artıq olub.

Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,2 milyon manat və ya 28,2% çoxdur.

Qeyd edək ki, yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb.