BAKI, 22 iyun. TELEQRAF
Böyük Britaniyanın keçmiş səhiyyə naziri Ues Stritinq Leyboristlər Partiyasının liderlik seçkilərində iştirak etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” siyasətçinin köməkçilərinə istinadla məlumat yayıb.
“Ues namizədliyini irəli sürür, ona dəstək var, (baş nazirliyə) iddiaçı olacaq”, - mənbə bildirib.
O qeyd edib ki, Stritinq Böyük Mançesterin keçmiş meri Endi Börnemin mübarizəsiz hakim partiyanın lideri və baş nazir olacağı durumla razılaşmır.
Endi Börnem Leyboristlər Partiyasının lideri və baş nazir vəzifələrinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
İyunun 22-də Leyboristlər Partiyasının lideri və Baş nazir Kir Starmer istefa verib. Partiyanın yeni lideri üçün namizədliklərin irəli sürülməsi iyulun 9-da başlayacaq və yeni baş nazirin parlamentin sentyabrın 1-də yay tətilindən qayıtmasından əvvəl vəzifəsinin icrasına başlaması gözlənilir.