ŞƏRUR, 22 iyun. TELEQRAF
Prezident İlham Əliyevin qarşımızda qoyduğu hədəf müasir suvarma altında və sulanan ərazilərdə taxılçılıq istiqamətində buğda istehsalı üzrə 5 ton məhsuldarlığa nail olmaqdır.
Bu sözləri kənd təsərrüfatı naziri Məcvnun Məmmədov Teleqraf-ın yerli bürosunun sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, eyni zamanda pampıqçılıq üzrə də ortalama məhsullarlığın 5 tona çatdırılması hədəflənib
"Biz anlayırıq ki, müasir suvarma tətbiq olunduqca, daha düzgün və ağıllı aqro-təhniki qulluqlar tətbiq olunduqca məhsullarlıq artacaq. Ümumilikdə, dövlət proqramının özəyində məhz 1 hektardan daha az resursla daha çox məhsul götürmək dayanır".