BAKI, 22 iyun. TELEQRAF

2026-cı ilin yanvar – may ayları ərzində Naxçıvan üzrə istehlakçılara 812,3 min manat ƏDV məbləği geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur.

Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,9 milyon manatdan çox olub.