BAKI, 22 iyun. TELEQRAF

Özbəkistan Baş naziri Abdulla Aripov Qırğızıstana işgüzar səfərə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

İssık-Kul Beynəlxalq Aeroportunda Özbəkistan hökumətinin başçısını Qırğızıstan Baş naziri Adalbek Kasımalıyev qarşılayıb.

Tərəflər iyunun 23-də İkitərəfli Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını keçirəcəklər. İclasa Adılbek Kasımalıyev və Abdulla Aripov həmsədrlik edəcək.

Danışıqlarda Qırğızıstan-Özbəkistan əməkdaşlığının əsas məsələlərini, o cümlədən ticari-iqtisadi əlaqələr, investisiya layihələri, nəqliyyat, enerji və digər qarşılıqlı fəaliyyət sahələrini əhatə etməsi gözlənilir.

Görüşdən sonra bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.