BAKI, 28 noyabr. TELEQRAF

İtaliyanın "Yuventus" və "Milan" klubları İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Bernardu Silvanın nümayəndələri ilə əlaqə saxlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

31 yaşlı portuqaliyalı yarımmüdafiəçi daha öncə Səudiyyə Ərəbistanı təmsilçilərindən aldığı təkliflərdən imtina edib. O, Luka Modriç və Kevin De Bruyne kimi A Seriyasında oynamağa maraq göstərir.

Transferin baş tutması üçün Silva 10 milyon avroluq maaşının endirilməsinə razılıq verməlidir.

Qeyd edək ki, Bernardu Silvanın "Mançester Siti" ilə müqaviləsi cari mövsümün sonuna qədərdir. O, 2017-ci ildən "şəhərlilər"in şərəfini qoruyur.