BAKI, 25 noyabr. TELEQRAF

İtaliyanın "Napoli" klubu UEFA Çempionlar Liqasının V turu çərçivəsində bu gün "Qarabağ"la keçiriləcək matçı ərəfəsində ciddi itki ilə üzləşib.

Teleqraf xəbər verir ki, Neapol təmsilçisinin ispaniyalı cinah oyunçusu Migel Qutyerres topuğundan zədə alıb və bu səbəbdən Ağdam təmsilçisi ilə görüşü buraxmalı olacaq.

Qutyerresin noyabrın 30-da İtaliya A Seriyasının "Roma" ilə oyununda iştirakı isə tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.