BAKI, 25 noyabr. TELEQRAF
AFFA "Sabah" klubuna xəbərdarlıq edib.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Masazır təmsilçisinin Azərbaycan Premyer Liqasının XII turunda "Şamaxı" ilə keçirilən oyunda azarkeşlərə tətbiq etdiyi qadağa olub.
Belə ki, "Bank Respublika Arena"da təşkil olunan görüşə gələn azarkeşlərə stadiona qida və su məhsullarının buraxılması icazə verilməyib.
AFFA bu məhsulların qadağan edilmiş əşyalar siyahısında olmadığı üçün "Sabah"a xəbərdarlıq edib.
Qeyd edək ki, məsələ ilə bağlı "Sabah" klubu tərəfindən Teleqraf-a açıqlama verilmişdi.