BAKI, 23 noyabr. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti rəqibi İtaliyanın "Napoli" klubu daha bir futbolçusunu zədə səbəbindən itirib.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, Neapol təmsilçisinin hücumçusu Rasmus Höylund zədələnib.
O, ötən gün A Seriyasının XII turunda evdə "Atalanta"nı 3:1 hesabı ilə məğlub etdikləri görüşün 74-cü dəqiqəsində xəsarət aldığı üçün əvəzlənib.
Danimarkalı forvardın Azərbaycan çempionuna qarşı oyunda iştirakı sual altındadır. Daha əvvəl Romelu Lukaku, Kevin De Bruyne, Andre Zambo-Angissa, Billi Gilmur, Aleks Meret və Leonardo Spinatsolanın bu matçda oynamayacağı dəqiq idi.
Qeyd edək ki, Rasmus Höylund cari mövsüm ərzində meydana çıxdığı 11 oyunda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
"Napoli" - "Qarabağ" oyunu noyabrın 25-də keçiriləcək.