BAKI, 23 noyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, günün ilk oyununda "Sabah" "Şamaxı"nı qəbul edəcək.
Baş hakim Kamranbəy Rəhimova həvalə olunan görüş saat 15:00-da start götürəcək.
Turun son matçında isə "İmişli" "Neftçi"nin qonağı olacaq. Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma saat 17:30-da başlanacaq.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı 2:1, "Qarabağ" isə "Sumqayıt"ı 4:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan"la "Turan Tovuz" 1:1 hesablı heç-heçə edib, "Zirə" evdə "Qəbələ"dən güclü olub - 1:0.
Azərbaycan Premyer Liqası
XII tur
15:00. “Sabah” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Bank Respublika Arena”
17:30. “Neftçi” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”