BAKI, 22 noyabr. TELEQRAF
İngiltərənin "Arsenal" klubu İtaliya "Yuventus"unun futbolçusu Kənan Yıldızın transferində maraqlıdır.
Teleqraf "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı türkiyəli hücumçunun agenti Jorje Mendeş Turində "topçular"ın nümayəndələri ilə görüş keçirib.
Mənbənin məlumatına görə, tərəflər oyunçunun mümkün keçidini müzakirə ediblər. Transfer məbləği 90-100 milyon avro təşkil edə bilər.
Qeyd edək ki, Kənan Yıldız bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.