BAKI, 20 noyabr. TELEQRAF

İtaliya "Yuventus"unun Futbol Əməliyyatları Direktoru Corco Kyellini klubun türkiyəli cinah oyunçusu Kənan Yıldızın müqaviləsini uzatmaq üçün danışıqlar aparıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, Kyellini bu barədə məşhur insayder Fabritsio Romanoya açıqlamasında deyib.

"Bizim niyyətimiz eynidir - birlikdə işləməyə davam etmək", - deyə veteran futbolçu bildirib.

Qeyd edək ki, Kənan Yıldızın hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. O, cari mövsüm ərzində meydana çıxdığı 14 oyunda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub.